ABŞ Səfirliyi AXC-nin 100 illiyi və Yer Gününə həsr olunmuş müsabiqənin qaliblərini mükafatlandırıb

ABŞ-ın Azərbaycandakı Səfirliyi, “Rəsm” zərgərlik evi, Təhsil Nazirliyinin nəzdində olan Uşaq və Gənclər Mərkəzləri 6 -16 yaşında olan gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadları üzə çıxarmaq məqsədilə incəsənət müsabiqəsi keçiriblər.

 

ABŞ Səfirliyindən APA-ya verilən məlumata görə, müsabiqə iştirakçıları rəsm işlərini istənilən (həm elektron, həm də qeyri-elektron) formatda rəsm işlərini izah edən inşa ilə birlikdə təqdim ediblər.

 

Təhsil Nazirliyi və “Rəsm” zərgərlik evi ilə birlikdə ABŞ Səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edən Haydi Smislə birlikdə Azərbaycan Demokratik Respublikasının 100 illiyinə və Yer (Kürəsi) Gününə həsr olunmuş incəsənət müsabiqəsinin qaliblərinə mükafat və sertifikatlar təqdim ediblər.

 

Müsabiqənin beynəlxalq münsiflər heyəti 500-dən çox incəsənət işini nəzərdən keçirib onların arasından 60-ı seçibdir. Seçilmiş işlər bu gündən başlayaraq 15 iyun tarixinədək  3 nömrəli Uşaq və Gənclər Mərkəzində nümayiş olunur. Sərgiyə giriş ödənişsiz və hamı üçün açıqdır. Seçilmiş işlər ABŞ Səfirliyi və “Rəsm” zərgərlik evinin feysbuk səhifələrində yerləşdiriləcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272