Akademik Milli Dram Teatrında “Manqurt” tamaşasının premyerası keçirilib

Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçirilib.

 

APA-nın məlumatına görə, premyerada Qırğızıstanın Azərbaycandakı səfiri, səfirliyinin əməkdaşları və digər qonaqları iştirak edib.

 

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

 

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edirlər.

 

Qeyd edək ki, bu il bir çox ölkələrdə böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər keçirilir.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mektebi yuksek qiymetlerle bitirmis sagirdler ucun mezun gecesi kecirilib
    Məktəbi yüksək qiymətlərlə bitirmiş şagirdlər üçün məzun gec...
  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267