Akademik Milli Dram Teatrında Sofa Bəsirzadənin 100 illik yubileyi qeyd olunacaq

akademik milli dram teatrinda sofa besirzadenin 100 illik yubileyi qeyd olunacaq

İyunun 8-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı keçiriləcək.

 

Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılacaq, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunacaq.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva və Cəfər Namiq Kamal Sofa Bəsirzadə haqqında çıxış edəcək, onunla bağlı xatirələrini bölüşəcəklər.

 

Daha sonra xalq artisti Sofa Bəsirzadənin xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası nümayiş olunacaq.

 

Qeyd edək ki, Sofa Bəsirzadə 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul edilib. Bu teatrda 100-dən çox tamaşada çıxış edib.

 

1974-cü ildə xalq artisti fəxri adına layiq görülüb. Sofa Bəsirzadə 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272