Akademik Milli Dram Teatrında Sofa Bəsirzadənin anım tədbiri keçirilib

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçirilib. APA-nın məlumatına görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı keçirilib.

 

Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılıb, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunub.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Sofa Bəsirzadə ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıb. Azər Paşa Nemətov qeyd edib ki, Sofa Bəsirzadə 1918-ci ildə Kazanda doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub: “Teatr məktəbində onun çox gözəl müəllimləri olub. O vaxtlar Teatr məktəbində Cəfər Cabbarlı, Hüseyn Cavid, Hacıağa Abbasov kimi böyük insanlar dərs deyib. Sofa xanım bütün janrlarda çıxış etməyi bacaran sənətkar olub. Mən onun bir sıra rollarını görmüşəm, bizim çox gözəl münasibətimiz olub. Sofa xanım təkcə aktrisa kimi yox, insan kimi də yüksək mənəvi keyfiyyətlərə malik olub. Sofa xanım 40-dan çox filmlərə çəkilib, yüzdən çox tamaşada rol alıb”.

 

Xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva və İlham Namiq Kamal Sofa Bəsirzadə haqqında geniş çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər. Xalq artistləri Sofa Bəsirzadənin sənətkar kimi böyüklüyündən, insani keyfiyyətlərində danışıb, onun xatirəsinin sənətsevərlərin qəlbində əbədi yaşayacağını deyiblər.

 

Sofa Bəsirzadənin ailəsi adından çıxış edən Camal Vəzirov və İradə Vəzirova tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin kollektivinə təşəkkürünü bildirib.

 

Daha sonra xalq artisti Sofa Bəsirzadənin xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası nümayiş olunub.

 

Qeyd edək ki, Sofa Bəsirzadə 1974-cü ildə xalq artisti fəxri adına layiq görülüb. O, 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272