Azərbaycanlı rejissor Rəşt kinofestivalının münsiflər heyətində təmsil olunacaq

Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın gənc rejissor Fariz Əhmədov İran İslam Respublikasında keçirilən 38-ci Rəşt kinofestivalının münsiflər heyətinə dəvət alıb. “İmper Qrup” prodüser mərkəzindən APA-ya bildirilib ki, Rəşt kinofestivalı 1963-cü ildən keçirilir və İran İslam Respublikasında ən qədim kinofestivallardan biridir. Oktyabrın 31-dən noyabrın 7-nə kimi davam edəcək festival Tehran şəhərində keçiriləcək. Festivalın seçim komissiyasına 50 ölkədən 1017 film təqdim olunub ki, həmin filmlərin 70-i müxtəlif mükafatlar uğrunda mübarizə aparacaq. Festivalın münsiflər heyətində azərbaycanlı rejissor Fariz Əhmədovdan başqa Almaniya, Avstriya, Avstraliya, Kanada, İspaniya, İtaliya, Böyük Britaniya, İsveçrə və Serbiyanın tanınmış kino xadimləri təmsil olunacaq. Festivalın ən gənc üzvü Fariz Əhmədovdur. Festivalın münsiflər heyətinə dəvəti o, Azərbaycanda da filmləri ilə tanınan Kərim Kərimidən alıb. Məlumatda bildirilib ki, festivalın proqramında Azərbaycan filmi yoxdur. Amma festivalın rəhbərliyi ilə hazırda aparılan danışıqlar nəticəsində tədbirdə bir neçə Azərbaycan filminin nümayişi təşkil olunacaq. Festival çərçivəsində Yusif Quliyevin “Keçid”, İqbal Məmmədəliyevin “Sükutun səsi”, Asif Rüstəmovun “Ev” və Samir Kərimoğlunun “Qanadlarıma sığal çək” filmlərinin nümayişi nəzərdə tutulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267