Bakı Uşaq Teatrı yeni tamaşa təqdim edəcək

baki usaq teatri yeni tamasa teqdim edecek

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı yeni tamaşa ilə çıxış edəcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?!” tamaşası iyunun 12-də saat tamaşaçıların ixtiyarına veriləcək.

 

Premyera Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutacaq.

 

Tamaşada  kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

 

Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa edirlər.

 

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır. 

 

Qeyd edək ki, APA Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və onun tabeliyində olan qurumların informasiya dəstəkçisidir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celil memmedquluzade kucesinde yolun cokmesinin sebebi aciqlanib
    Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsinin səbəbi açıql...
  • helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib
    Helsinkidə Tramp və Putin arasında görüş başlayıb - YENİLƏNİ...
helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib helsinkide tramp ve putin arasinda gorus baslayib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272