Mədəniyyət naziri: "Cəmiyyət aşağı səviyyəli, mənasız filmlərə aldanmamalıdır"

medeniyyet naziri cemiyyet asagi seviyyeli menasiz filmlere aldanmamalidir

“Bütün kino sənayesini maliyyələşdirməyə və saxlamağa dövlətin imkanı yoxdur”.

 

APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycan filmləri son illərdə 152 beynəlxalq festivalda iştirak edib:

 

“Bu festivalların 50-dən çoxundan mükafatlar almışıq. Festivalların siyahısı müxtəlifdir. Onların arasında bədii, sənədli, etnoqrafik film festivalları var. Kann Film Festivalında Azərbaycan neçə illərdir öz pavilyonu ilə çıxış edir. Bizim bir neçə qısa metrajlı film Kann festivalında proqramda iştirak edib. Bu, çox müsbət nəticədir. Bu festivalın çoxlu şərtləri var. Biz onları bilirik və bu haqda düşünürük. Azərbaycanda bir neçə filmin festival proqramına daxil olmasının arzusundayıq. Lakin şərtlər var ki, həmin filmlər bir-iki il müddətində çəkilməlidir. Ondan əvvəl çəkilən filmləri biz təqdim edə bilmirik”.

 

Nazir əlavə edib ki, hazırda film istehsal davam edir, ciddi filmlərin istehsalı haqqında  düşünülməlidir: “Paralel olaraq, bizim cəmiyyətimiz də buna hazır olmalıdır. Aşağı səviyyəli, düşüncəsiz, mənasız filmlərə aldanmamalıdır. Bəzən yüngül komediyaların arxasınca qaçan auditoriya Qarabağ haqqında, vətənpərvərlik haqqında çəkilən filmlərə baxmır”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267