I Uşaq Kitab - Bilik Festivalının açılışı olub

Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Azərbaycan Dövlət Kukla Teatrının qarşısında I Uşaq Kitab - Bilik Festivalının açılışı olub. APA-nın məlumatına görə, festivalı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası təşkil edib. Festivalı giriş sözü ilə Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva açıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bu festivalın Azərbaycanda ilk dəfə keçirildiyini bildirib: “Kitab insanın ən yaxın dostudur, onlarla ünsiyyət lap kiçik yaşlardan başlayır və illər ötdükcə müxtəlif nağıl personajlarının yerini bədii əsərlərdəki ədəbi qəhrəmanlar tutur”. Festivala Dövlət Uşaq Filarmoniyası, Gənc Tamaşaçılar Teatrı, Bülbül adına musiqi məktəbi, Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzi, Bakı şəhərinin məktəbliləri, bağça uşaqları və digər kollektivlər qatılıb.
Kitab sərgiləri, viktorina və müsabiqələrin təşkil edildiyi açılış mərasimindən sonra festival çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273