Toğrul Nərimanbəyovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Milli İncəsənət Muzeyində mərhum xalq rəssamı Toğrul Nərimanbəyovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
 
APA-nın xəbərinə görə, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov T. Nərimanbəyovun həyat və yaradıcılığı haqda tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, T. Nərimanbəyov müasir Azərbaycan təsviri sənətinin yetişdirdiyi böyük şəxsiyyətlərdəndir. 
 
A. İbrahimov Toğrul Nərimanbəyovun sovet vaxtı SSRİ xalq rəssamı adına layiq görülən üç azərbaycanlı rəssamdan biri olduğunu diqqətə çatdırıb: "Toğrul istedadlı rəssam, görkəmli incəsənət xadimi, həm də böyük şəxsiyyət idi. Onun həm də gözəl səsi vardı. Toğrul böyük sənətkar olub. O, çağdaş Azərbaycan təsviri sənətində öz rənglərini tapıb, öz yolunu, öz dəst-xəttini yarada bilib. Toğrulu yaratdığı rəsm əsərləri yaşadırdı".
 
Tədbir musiqi proqramı ilə davam etdirilib.
 
Qeyd edək ki, Toğrul Fərman oğlu Nərimanbəyov 1930-cu ildə anadan olub. 1950-ci ildə Ə. Əzimzadə adına rəssamlıq məktəbini, 1955-ci ildə isə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnistitutunu bitirib. 1950-ci ildən etibarən bir çox yerli və beynəlxalq sərgilərdə iştirak edib. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. 1964-cü ildə Azərbaycan SSR-in əməkdar, 1967-ci ildə isə xalq rəssamı fəxri adlarına, 1974-cü ildə Azərbaycan SSR-in, 1980-ci ildə isə SSRİ-nin dövlət mükafatına layiq görülüb. 1989-cu ildə SSRİ xalq rəssamı adını alıb. T. Nərimanbəyov Azərbaycanın "İstiqlal" və "Şərəf" ordenləri ilə təltif edilib. O, 2013-cü ildə Fransada vəfat edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272