Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Bakı Bəyannaməsi qəbul olunub

avropa surasina uzv dovletlerin medeniyyet nazirlerinin konfransinda baki beyannamesi qebul olunub
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan paytaxtında keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” konfransında Bakı Bəyannaməsi qəbul olunub.
APA-nın məlumatına görə, sənəddə iştirakçı ölkələrin mədəniyyət məsələlərinə məsul şəxsləri mədəniyyətlərin müxtəlifliyinə yanaşmaya dair vahid prinsipləri təsdiqləyiblər. Bu prinsiplər sırasında ölkələr daxilində və ölkələr arasında mədəniyyət müxtəlifliyinin bəşəriyyətin ümumi irsi kimi təsdiqlənməsi, iştirakçı ölkələrin mədəni yaradıcılığa zəmin yaradan dayanıqlı iqtisadi, sosial və şəxsi inkişafa töhfə verməyə razı olması, insan haqları, demokratiya və hüquqi normalar baxımından beynəlxalq əməkdaşlıq üçün vacib olan mədəniyyətlərarası dialoqun daim inkişaf etdirilməsinin dəstəklənməsi, milli, regional və yerli səviyyədə mədəniyyət siyasətlərinin rolunun əhəmiyyətinin və onların mədəniyyətlərarası dialoqun inkişafına köməyinin təsdiqlənməsi və s. məsələlər var.

Bakı Bəyannaməsini imzalayan ölkələr mədəniyyət nazirlərinin konfransının Avropa və ona qonşu olan dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün çox gözəl imkanlar təklif etdiyini nəzərə alaraq açıq dialoq və fikir mübadiləsinə şərait yaratdığına, qonaqpərvərliyə və gözəl təşkilatçılığa görə Azərbaycan hökumətinə təşəkkür ediblər.

Sənədə əlavə olaraq mədəniyyətlərarası dialoqun inkişafı üçün fəaliyyət formaları da qəbul olunub. Bu fəaliyyət formalarına
a) Avropa Şurasına üzv olan dövlətlərdən savayı digər dövlətlər və tərəfdaşlarla mədəniyyətlərarası dialoqa üzrə gələcək fəaliyyət vasitəsi kimi “Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab” müqabilində müvafiq mətnlərin yayılması;
b) Avropa Şurası və konfransda iştirak edən müxtəlif maraqlı tərəflər arasında, Bakıda qəbul edilən fikir prosesini davam etdirmək məqsədilə birgə ekspertlər iclasları təşkil etmək, dialoqa, sülhə və davamlı inkişafa kömək etmək üçün birgə mədəniyyət və bədii layihələr haqında təşəbbüslər qəbul etmək və həyata keçirmək;
c) Mədəniyyətin müxtəlif sahələrində yaradıcılığın müdafiəsi və inkişafına dair UNESKO konvensiyasının və irs və mənzərələrə dair Avropa Şurasının konvensiyalarının həyata keçirilməsinə, ratifikasiyasına və imzalanmasına təşviq etmək;
d) Mədəniyyətlərarası dialoqa dair müvafiq siyasətlərə qarşılıqlı kömək məqsədilə Avropa ŞurasıAvropa İttifaqı arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi;
e) Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) İttifaqı arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi;
f) Ümumi İnsan hüquqlarına dair öhdəliklərə əsaslanan tolerantlıq və açıqlıq ruhunu daha da gücləndirməyə yönəlmiş Sivilizasiyaların Alyansı BMT Forumunu dəstəkləmək;
g) Avropa ŞurasıUNESCO (Faro,2005), ALİESKO (Təhsil, Mədəniyyət və Elm Ərəb Liqası Təşkilatı, Mədəniyyətlər arası dialoq üçün Anna Lind Avropa-Aralıq dənizi Fondu və “Sivilizasiyaların Alyansı” təşəbbüsü arasında mədəniyyətlərarası dialoq üçün institutlar arasında əməkdaşlığın “Faro Açıq Platformas”ının genişlənməsi perspektivinə dair imkanları alqışlamaq;
h) İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) ilə konkret fəaliyyətləri həyata keçirməklə Avropa Şurasının standart və dəyərləri əsasında mədəniyyətlərarası dialoqun dəstəklənməsi üzrə gələcək planları nəzərə almaq daxildir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267