Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın material xüsusi qorunma su nişanları ilə təchiz edilib

Müəlliflərin və digər hüquq sahiblərinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik olan əsərlərin rəsmi qeydiyyatının həyata keçirilməsinin tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Müəllif Hüquqları Agentliyində bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.
 
APA-nın məlumatına görə, bu barədə Müəllif Hüquqları Agentliyinin Bakıda keçirdiyi “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda keçirilən konfransda agentliyin sədri Kamran İmanov deyb. O bildirib ki, qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) yaradılaraq, tam olaraq istifadəyə verilib: “Hazırda bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması üzrə işlər davam etdirilir, artıq Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın mətn, foto, audio, video material rəqəmsallaşdırılaraq, elektron bazaya yüklənib və xüsusi qorunma su nişanları ilə təchiz edilib. İnternetdə rəqəmli hüquqların idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən hazırda blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır. Məqsəd müasir texnologiyaların tətbiqi yolu ilə hüquqların kollektiv idarəetmədən daha əlverişli və ədalətli olan əsərlərin fərdi idarəedilməsinə qaytarmaqdır. Bu texnologiya vasitəçiləri aradan götürərək, etimadı artırır və piratçılığın qarşısının alınmasına əhəmiyyətli töhfə verir”.
 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272