Səfir: "Azərbaycan tərəfindən İtaliya mədəniyyətinə çox böyük maraq var"

Coakino Rossininin (Gioachino  Rossini) ölümünün 150 illiyi ilə əlaqədar mayın 3-6-da Bakıda İtaliya Opera Günləri keçiriləcək. 

  
APA-nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari bu gün keçirilən mətbuat konfransında deyib. 
 

Azərbaycan tərəfindən İtaliya mədəniyyətinə çox böyük maraq gördüyünü vurğulayan  səfir bildirib ki, bu tədbirlərin keçirilməsi ilə bağlı ötən il qərar verilib: "İtaliya Opera Günləri çərçivəsində may ayı üçün iki tədbir nəzərdə tutulub. Mayın 3-də Cakomo Puççininin “Madam Batterflay" operası nümayiş olunacaq. Operaya məşhur italyan dirijoru Yakopo Sipari di Peskassero dirijorluq edəcək. Madam Batterflay partiyasını Silvana Froli (İtaliya) ifa edəcək. Bundan başqa, həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Romanın "Cara İtalia, Alfin di Miro" Opera Teatrı tərəfindən C.Rossiniyə həsr olunmuş sərgi təşkil ediləcək. Sərgi mayın 3-dən 23-dək davam edəcək". 
 

Səfir əlavə edib ki, layihə çərçivəsində mayın 4-də Xilaskar kilsəsində İtaliyanın məşhur orqan ifaçısı, "I Pomeriggi Musicali" orkestrının bədii rəhbəri Mauritsio Salernonun konserti olacaq: " Mayın 6-da isə "Sevilya bərbəri" operası oynanılacaq. Operaya məşhur italyan dirijoru Alessandro Kalkanilya və bariton Daniele Kaputo dəvət olunub". 
  

Səfir Azərbaycanda opera sənətinin yaxşı inkişaf etdiyini qeyd edərək Azərbaycan xalqının da bu mədəni tədbirlərindən zövq alacağına inamını ifadə edib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272