Mədəniyyət nazirinə birinci müavin təyin olunub

medeniyyet nazirine birinci muavin teyin olunub

Azərbaycan prezidentinin 18 may tarixli sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

 

Bu barədə APA-ya nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

 

Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.

 

1994-2001-ci illərdə gənclər, idman nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci ildə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən V. Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272