Emin Ağalarov və Murad Dadaşova "Xalq artisti” fəxri adı verilib

emin agalarov ve murad dadasova xalq artisti fexri adi verilib

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncama əsasən bir neçə məşhur mədəniyyət xadiminə  "Xalq artisti” fəxri adı verilib.

 

APA-nın məlumatına görə, onların arasında müğənni və musiqiçi, Crocus Group şirkətlər qrupunun birinci vitse-prezidenti Emin Ağalarov və şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun  üzvü Murad Dadaşov da var.

 

Sərəncama əsasən bəstəkar Fikrət Əmirovun oğlu bəstəkar, cazmen Cəmil Əmirov, məşhur bəstəkar Qara Qarayevin oğlu  bəstəkar Fərəc Qarayev və bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin qızı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadəyə də  "Xalq artisti” fəxri adı verilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272