Gələn il Türkiyədə Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Bakı. Ülkər Qasımova-APA. 2009-cu ildə Azərbaycanda Türkiyə mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. APA-nın xəbərinə görə, bu barədə Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay bildirib. Nazir Bakının gələn il İslam Mədəniyyəti Paytaxtı elan olunduğunu xatırladaraq tədbirlərin bu çərçivədə təşkil olunacağını deyib. Ə. Günay qeyd edib ki, 2010-cu ildə isə Türkiyədə Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Onun sözlərinə görə, bu tədbirlər İstanbulun 2010-cu ildə Avropa Mədəniyyəti Paytaxtı elan olunması ilə əlaqədar baş tutacaq.
Azərbaycan paytaxtında keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Bakı Bəyannaməsinin qəbul olunmasını yüksək dəyərləndirən nazir bəyannamədən böyük nəticələr gözlədiyini deyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267