“Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərginin açılışı olub

Azərbaycan Xalça Muzeyində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərginin açılışı olub.

 

Xalça Muzeyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirliyin əməkdaşları, bir sıra digər dövlət və hökumət qurumlarının təmsilçiləri, tanınmış rəssamlar və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə xalq rəssamı Tahir Salahovun müəllifi olduğu bir neçə rəngkarlıq əsərlərinin əsasında əməkdar rəssam Taryer Bəşirovun texniki layihəsi və rəhbərliyi ilə toxunan xalçaların təqdimatı keçirilib.

Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova T. Salahovun əsərlərinin dünyanın nüfuzlu muzeylərində və rəsm qalereyalarında daima nümayiş olunduğunu bildirib.

Nazir Ə. Qarayev T. Salahovun yaradıcılığını yüksək qiymətləndirib.

Xalça Muzeyinin baş rəssamı, Azərbaycanın əməkdar rəssamı T. Bəşirov T. Salahovun əsərlərindən ilhamlanaraq, onunla həmmüəllif olaraq yaratdıqları xalçaların ərsəyə gəlməsindən, təqdim olunan xalçaların bədii xüsusiyyətlərindən söz açıb.

Sonda çıxış edən xalq rəssamı T. Salahov hər bir əsərin meydana gəlməsi tarixçəsindən danışıb, sərgiyə təqdim olunan xalçaların özünəməxsus keyfiyyətlərindən bəhs edib

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Heydər Əliyevin, bəstəkar Fikrət Əmirov, yazıçı Maqsud İbrahimbəyov və xalq qəhrəmanı Koroğlunun portretləri toxunan xalçalar nümayiş olunub.

Sərgi mayın 15-dək davam edəcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272