Ötən il Azərbaycanda Maliyyə Elm-Tədris Mərkəzində 182 mütəxəssis təhsil alıb
APA Azeri Press Agency

Ötən il Azərbaycanda Maliyyə Elm-Tədris Mərkəzində 182 mütəxəssis təhsil alıb

[ 28 Yanvar 2009 14:07 ] |

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2008-ci il ərzində 182 nəfər iştirakçı müxtəlif mövzularda təhsil alıb.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin fevral-dekabr ayları ərzində Maliyyə Elm-Tədris Mərkəzində «Dövlət büdcəsinin idarə olunması», «Dövlət büdcəsinin xəzinədarlıq vasitəsi ilə icrası», «Azərbaycanda vergi sistemi, vergi siyasətinin həyata keçirilməsi və dövlət gəlirlərinin proqnozlaşdırılması», «Xəzinə əməliyyatlarının təşkili və aparılması», «Dövlət büdcəsinin uçotu və hesabatı», «Büdcə sistemi: dövlət büdcəsinin iqtisadi mahiyyəti və büdcə siyasəti», «Dövlət maliyyə nəzarəti» və «Kargüzarlıq və arxiv işinin təşkili» mövzularında 556 saat mühazirə və məşğələlər keçirilib.
Qeyd edək ki, məşğələlərə Azərbaycanın rayon və şəhər üzrə maliyyə idarələrinin (şöbələrinin) rəisləri, rəis müavinləri, nəzarətçi müfəttişlər və bir sıra digər mütəxəssislər cəlb olunub.