Tacikistan XİN Dmitri Medvedyevin açıqlamasına nota ilə cavab verib
APA Azeri Press Agency

Tacikistan XİN Dmitri Medvedyevin açıqlamasına nota ilə cavab verib

[ 28 Yanvar 2009 14:22 ] |

Düşənbə-APA. Tacikistan Xarici İşlər Nazirliyi Rusiya prezidenti Dmitri Medvedyevin Özbəkistana səfəri zamanı söylədiyi fikirlərə nota ilə cavab verib. APA-nın məlumatına görə, rəsmi Düşənbənin narahatlığına səbəb Rusiya prezidentinin Mərkəzi Asiyada bütün istilik elektrik stansiyalarının qonşu dövlətlərin maraqları nəzərə alınmaqla tikilməli olduğu barədə fikirləridir. Dmitri Medvedyev bildirib ki, ölkəsi bütün tərəflərin razılığı olmayan layihələrdə iştirak etməyəcək. Qeyd edək ki, Mərkəzi Asiya ölkələri arasında münaqişə Tacikistan və Qırğızıstanın öz sərhəd sularında birgə su-elektrik stansiyası tikmək niyyəti ilə bağlıdır. Bu stansiyanın tikilməsi su qıtlığına səbəb ola və Özbəkistanın əkin sahələrinin suvarılmasında ciddi problemlər yarada bilər. Tacikistan tərəfi Medvedyevin “bütün tərəflərin maraqları nəzərə alınmalıdır” fikirlərini Özbəkistanın müdafiəsi kimi dəyərləndirib.