AŞPA iyunun 25-də “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edəcək
APA Azeri Press Agency

AŞPA iyunun 25-də “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edəcək

[ 13 İyun 2018 12:51 ] | Məlahət Nəcəfova

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.

 

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, iclas iyunun 25-də AŞPA-nın yay sessiyası çərçivəsində baş tutacaq.

 

Qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü ilə hollandiyalı deputat Piter Omtzigt tərəfindən irəli sürülüb.

 

Məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.