ABŞ-da AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalanıb

abs da axc nin 100 illiyi ile bagli beyanname imzalanib

ABŞ-ın tanınmış turizm mərkəzlərindən biri olan Mayami-Deyd dairəsinin meri Karlos Ximenes Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyannamədə bildirilir ki, dünya azərbaycanlıları son 100 il ərzində 28 may tarixini Azərbaycan Respublikası Günü kimi qeyd edir.

 

Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edən ölkələrdən biridir.

 

ABŞ-Azərbaycan əlaqələrinin möhkəmlənməsini alqışlayan Mayami-Deyd dairəsinin meri bəyannamədə 2018-ci il 28 may tarixini Mayami-Deyd dairəsində Azərbaycan Milli Günü elan edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272