Avropa Azərbaycanlıları Varşavada ATƏT DTİHB ilə görüşəcək

avropa azerbaycanlilari varsavada atet dtihb ile gorusecek

Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə qitədəki bir sıra Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Varşavadakı ofisi ilə görüşü baş tutacaq.

 

APA-nın məlumatına görə, AAK prezidenti Sahil Qasımov bildirib ki, bu ilin 7 may tarixində baş tutacaq bu görüş ərəfəsində eyni zamanda Polşa Sosial Siyasət Nazirliyində və digər Avropa rəsmi dairələri ilə görüşlər də planlaşdırılır.

 

O Polşa Azərbaycanlı Gənclər Şurasının ev sahibliyi ilə keçirilən bu görüşlərdən başqa həmin ərəfədə Varşavada yerli rəsmilərin və ekspertlərin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan və Polşa xalqları arasında dostluq və əməkdaşlıq ənənələrinin tarixi” adlı beynəlxalq konfransın da keçiriləcəyini bildirib.

 

Görüşlərə və konfransa Almaniya, Niderland, Belçika, Lüksemburq, Fransa, Finlandiya, Ukrayna, İsveç və digər ölkələrdən olan Azərbaycan diaspor nümayəndələri qatılacaqlar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272