Budapeştdə AXC-nin 100 illiyi ilə bağlı "100 tələbə" adlı aksiya keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün bayram edilməsi çərçivəsində Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və dəstəyi və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin, habelə onların digər ölkələrdən olan dostlarının iştirakı ilə Budapeştdə 100 tələbə adlı aksiya keçirilib.

 

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, aksiya Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə ali təhsil almaq məqsədi ilə Avropanın müxtəlif ölkələrinə göndərdiyi 100 nəfər gəncin xatirəsinə həsr edilib. Həmin dövrdə təhsilə göndərilənlərin sayına uyğun olaraq aksiya 100 nəfərin iştirakı ilə nəzərdə tutulsa da, yürüşə yalnız Budapeştdən deyil, Macarıstanın digər şəhərlərindən də gəlmiş 150 nəfərə qədər gənc qatılıb. Onlar Budapeştin tarixi  Qəhrəmanlar meydanından Azərbaycan  Səfirliyinə doğru yürüş ediblər. Yürüşdən əvvəl isə Qəhrəmanlar meydanında üzərində “Azərbaycan Respublikası - 100 il” yazılmış ağ köynəklər geyinmiş 100 tələbənin iştirakı ilə Azərbaycan bayrağının rənglərini və 100 rəqəmini görüntülü nümayiş etdirən “fleşmob” təşkil olunub. Sonra tələbələr Azərbaycan himnini oxuyaraq, müxtəlif şüarlar səsləndirərək yerli əhalinin və turistlərin xüsusi ilə intensiv olduğu Andraşi prospekti ilə Səfirliyə doğru hərəkət ediblər. Burada Səfirliyin böyük zalında tələbələrin, səfirlik əməkdaşlarının, macar mediası nümayəndələrinin və diaspora üzvlərinin iştirakı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli görüş keçirilib.


Görüş Azərbaycan dövlət himninin canlı ifası ilə başlayıb. Səfir Vilayət Quliyev tələbələr qarşısında çıxış edərək, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2018-ci ilin Cümhuriyyət ili elan edildiyini bildirib və bununla əlaqədar Səfirlik tərəfindən hazırlanan silsilə tədbirlər planı çərçivəsində 100 tələbə yürüşünün təşkil olunduğunu bildirib.

Səfir XX əsrdə Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Cümhuriyyətinin yarandığı mürəkkəb tarixi dövr, Cümhuriyyətin Azərbaycan xalqının tarixində oynadığı rol, milli hökumətin müxtəlif sahələrdəki - xarici siyasət, mədəni və hərbi quruculuq və s. fəaliyyəti haqqında geniş məlumat verib.

Vilayət Quliyev ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökumətinin milli kadrların hazırlanması üçün yollar axtardığını diqqətə çatdıraraq, çətin hərbi-siyasi vəziyyətdə azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar verildiyini bildirib.

Çıxışda memarlıq və kənd təsərrüfatından tutmuş təyyarə və gəmiqayırmaya qədər, dövlət hesabına 100 nəfər azərbaycanlı tələbənin Avropanın ən yaxşı universitetlərinə göndərildiyi qeyd olunaraq hazırkı 100 tələbə aksiyasının da səfirliyin təşəbbüsü ilə məhz həmin mühüm və uzaqgörən tarixi addımı gənclərin yaddaşında yaaşatmaq üçün təşkil edildiyi vurğulanıb. Səfir Macarıstan universitetlərində təhsil alan gəncləri bu mühüm tarixi hadsədən nümunə götürməyə, təhsillərini uğurla başa vuraraq Vətənə və xalqa layiqli vəgəndan və mütəxəssis kimi yetişməyi tövsiyyə edib.


Sonra Azərbaycan Cümhuriyyəti nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakından və Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq yolunda onların mübarizəsindən bəhs edən “Ədəbi ezamiyyət” filminə baxış keçirilib.


Səfirlikdə 100 tələbə aksiyasının iştirakçıları üçün qəbul təşkil olunub.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272