Diasporla İş üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olacaq

diasporla is uzre dovlet komitesinde kadr deyisiklikleri olacaq

"Cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq".

 

APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

 

O bildirib ki, bu istiqamətdə ciddi işlər aparılır: "Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Diaspor işi tək xaricdə yaşayan azərbaycalılarla deyil, həm də Azərbaycanda yaşayan xaricilərlə bağlı olmalıdır. Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Kadrlar müasir tələblərə cavab verməli, müxtəlif dilləri bilməlidirlər. Çünki bu gün bizim soydaşlarımız yüzdən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın. Bizim şüar ondan ibarətdir ki, vətən uzaqda deyil. Çalışmalıyıq ki, bura vətəndaşlarımızı cəlb edək. Onların içində elm adamları, biznesmenlər var. Bu, Azərbaycan üçün çox vacibdir. Şübhəsiz ki, verilən tapşırıqlar yerinə yetiriləcək. Kim yeni tələblərə uyğun olaraq yeni yanaşmaları qəbul edəcəksə, onlar hamısı işlərinə davam edəcəklər".

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272