Dubayda və Kölndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib

Bakı-APA. Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Dubayın “JW Marriott” hotelində keçirilən bayram tədbirinə azərbaycanlılarla yanaşı türk icmasının, İraq türkmənlərinin və Avropa xalqlarının təmsilçiləri qatılıblar. Diaspor ilə İş üzrə Dövlət Komitəsinin hazırladığı “Ayrılarmı Könül Candan” filminin nümayişindən sonra çıxış edən cəmiyyətin sədri Samir İmanov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi haqqında danışaraq bildirib ki, bu tarixin əsasını Heydər Əliyev qoyub.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı müraciət oxunub.
Tədbirdə həmçinin Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” və “Erməni terroru” kitabları qonaqlara paylanıb.
Məlumata görə, Almaniyanın Köln şəhərində də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə bayram tədbiri keçirilib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirə Azərbaycanın Almaniyadakı səfirliyi və Köln Şəhəri Mədəniyyət Şöbəsi dəstək verib. Bayram mərasimini Köln Şəhəri Mədəniyyət Şöbəsinin rəhbəri Johannes Bunk açaraq tədbirə toplaşan azərbaycanlıları həmrəylik günü münasibətilə təbrik edib. Tədbirdə prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə soydaşlarımıza ünvanladığı müraciət səsləndirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • musfiqabad qesebesinde mecburi kockunler ucun emek yarmarkasi kecirilib
    Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkas...
  • mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib
    Müdafiə naziri: “Ermənistanla Azərbaycan arasında hərbi bala...
mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib mudafie naziri ermenistanla azerbaycan arasinda herbi balans bizim xeyrimize ehemiyyetli derecede deyisib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267