Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası müzakirə olunur

dunya azerbaycanlilarini elaqelendirme surasinin iclasinda dunya azerbaycanlilarinin hemreylik xartiyasi muzakire olunur
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Bakıda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası üzvlərinin iştirakı ilə “Azərbaycan Şərqin dünyaya açılan qapısı” adı altında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş silsilə tədbirlər başlanıb. APA-nın xəbərinə görə, tədbiri açan Şuranın İdarə Heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib ki, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısına qurum üzvlərindən əlavə, dünyanın 17 ölkəsindən Azərbaycan icma və birlik rəhbərləri, həmçinin türk və yəhudi icmalarından 39 qonaq qatılıb. M. Kərimov bildirib ki, Dünya Azərbaycanlılarının 2-ci Qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması daha geniş vüsət alıb, azərbaycanlı ziyalılar diaspora quruculuğu prosesinə daha fəal qoşulublar. Onun sözlərinə görə, bu müddətdə Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, türk dünyası birliyi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Daha sonra tədbirdə “Ayrılarmı könül candan” filmi nümayiş etdirilib.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə deyib ki, dünya Azərbaycanlılarının 2-ci qurultayından sonra Azərbaycan Diaspora təşkilatlarının fəaliyyətinin koordinasiya olunması istiqamətində mühüm addımlar atılıb. N. İbrahimovun sözlərinə görə, Diaspor İlə İş üzrə Dövlət Komitəsinin yaradılması qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu ilə əlaqədardır.
Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bildirib ki, ilk dəfə olaraq 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin qərarı ilə hər il dekabrın 31-i dünyadakı azərbaycanlıların həmrəylik günü elan olub. 1998-ci ildən isə dünya azərbaycanlıların təşkilatlanmasında yeni mərhələ başlanıb. Artıq Azərbaycanın lobbiçilik siyasətinin 15 yaşı olduğunu xatırladan Ə. Həsənovun sözlərinə görə, bugünkü tədbirdə müzakirəyə çıxarılan Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası diaspora təşkilatlarının bundan sonrakı fəaliyyətində ümumiləşmiş proqram rolunu oynayacaq.
Amerika Azərbaycanları Cəmiyyətinin sədr müavini Tomris Azəri isə çıxışını daha çox tənqidi notlar üzərində qurub. O bildirib ki, qüvvətli diaspora yaratmaq istiqamətində hələ də səhvlər mövcuddur: “907-ci düzəliş” hələ də durur. İşğal edilmiş torpaqlar hələ də azad deyil. Amerika qanunvericilərinin əksəriyyəti hələ də Azərbaycanın tanımır. Biz Amerikada daha çox bir-birimizlə dalaşırıq”. T. Azərinin sözlərinə görə, Amerikadakı erməni lobbisinin fəaliyyət göstərməsi üçün iki binası olduğu halda Azərbaycanlılar bir uçuq binanın ümidinə qalıblar.
Milli Məclisin vitse-spikeri Bahar Muradova isə bildirib ki, Qarabağ probleminin həlli ilə bağlı diaspora təşkilatlarından daha səmərəli fəaliyyət göstərmək tələb olunur: “Onlar Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın mövqeyinə dəstək vermək üçün daha artıq təbliğatlar aparmalı, müxtəlif beynəlxalq qurumların binaları qarşısında piketlər keçirməlidir”.
Qeyd edək ki, hazırda iclasda Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası müzakirə olunur. Şura üzvlərinin günün sonunda Xartiyanı qəbul edəcəkləri gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272