Fransanın tanınmış ictimai xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib

fransanin taninmis ictimai xadimlerinden ibaret numayende heyeti azerbaycana gelib

Fransanın tanınmış ictimai xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) baş katibi, Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresi (AAK) İdarə heyətinin üzvü Mirvari Fətəliyeva APA-ya bildirib ki, nümayəndə heyətinə  ADA prezidenti Jan Fransua Mansel, Kolmar şəhərinin meri Jilbert Meyer, fransız incəsənət xadimi Rosella Mangeruca, ADA İdarə heyətinin üzvü, iş adamı Daniel Russo və digər şəxslər daxildir.

 

Otuz nəfərdən ibarət nümayəndə heyətinin səfərini ADA təşkil edib. Səfər “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində baş tutub. Mayın 8-dək davam edəcək səfərdə nümayəndə heyəti Azərbaycanın turizm potensialı, mədəniyyət ocaqları ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəklər.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272