Fuad Muradov Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə Z. Vaşakmadze Gürcüstanın dini siyasəti və dövlət tərəfindən dini icmalara göstərilən maliyyə dəstəyindən danışıb. Agentlik sədri Gürcüstanın müsəlman icmasının səlahiyyətinə verilmiş məscidlər barədə də məlumat verib. F. Muradov öz növbəsində Gürcüstanda bütün konfessiyaların birgə mövcudluğu üçün yaxşı şəraitin olduğunu qeyd edərək, Azərbaycanın bu sahədəki təcrübəsindən söz açıb. O, Komitə sədri Z. Vaşakmadzeni Azərbaycana səfərə dəvət edib. 


Z. Vaşakmadze dəvətə görə təşəkkür edərək F. Muradovun Azərbaycanda yaşayan gürcülərin problemlərinin həllinə dəstək olacağına ümidvar olduğunu qeyd edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:14 25 İyun
03:23 25 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyi ile metbuat surasinin birge yazi musabiqesinin neticeleri aciqlanib
    Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə yazı müsabiqəs...
  • qobustan poladli avtomobil yolu yeniden qurulur
    Qobustan-Poladlı avtomobil yolu yenidən qurulur
qobustan poladli avtomobil yolu yeniden qurulur qobustan poladli avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269