Moskvada Məmməd Əmin Rəsulzadənin anım mərasimi keçirilib

Moskva-APA. Yanvarın 31-də Moskvadakı Millətlər Evində Azərbaycan Demokratik Respublikasının ideoloqu və yaradıcısı Məmməd Əmin Rəsulzadənin 125 illiyinə həsr olunmuş anım gecəsi keçirilib. APA-nın məlumatına görə, Məmməd Əmin Rəsulzadə adına Məclisin təşəbbüsü ilə keçirilən mərasimə Ümumrusiya Azərbaycan Konqresi, Dünya Azərbaycanlıları Konqresinin Rusiya bölməsi, “Bakılılar”, “Şəhriyar”, “Azərbaycan” cəmiyyətlərinin və 157 saylı Azərbaycan etnokultur məktəbinin kollektivi, Moskvadakı “İnter-Azərbaycan” telestudiyasının əməkdaşları qatılıblar. Görüşdə həmçinin Moskvada yaşayan həmyerlilərimiz, tanınmış alimlər, ziyalılar, iş adamları, tələbə və məktəbli gənclər, Rusiyanın tanınmış tarixçi alimləri iştirak ediblər. Toplantıda çıxış edən Bakı Dövlət Universitetinin dosenti Nəsiman Yaqublu, tarixçi alim Rudolf İvanov, tədqiqatçı, ədəbiyyatşünas, jurnalist Aleksandr Borisoviç Qoryanin, Rusiya Tarix Elmləri Akademiyasının böyük əməkdaşı Salavat Midhatoviç İsxakov, görkəmli islamşünas alim Qasım Kərimov Məmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı, onun Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında müstəsna rolu barədə fikirlərini söyləyiblər. Görüşün sonunda iştirakçılara Moskvada yaşayan qocaman ədibimiz Əbdül Hüseynovun tərtib etdiyi və “Məmməd Əmin Rəsulzadə adına Məclisinin nəfis tərtibatla nəşr etdirdiyi “Azərbaycan Demokratik Respublikası 1918-1920” kitabı hədiyyə edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267