Tbilisidə qondarma "erməni soyqırımı" aksiyasına cavab aksiyası keçirilib

Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin yaxınlığında qondarma “erməni soyqırımı”nın 103-cü ildönümü ilə bağlı aksiya keçirilib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın erməni icmasının təşkil etdiyi aksiyada Ermənistan və Gürcüstanın bayraqları dalğalandırılıb. Aksiya iştirakçıları qondarma “soyqırımı”nın tanınmasını tələb edərək, Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

 

Türkiyə səfirliyi ermənilərin aksiyasına cavab aksiyası təşkil edib. Səfirliyə gəlmiş Gürcüstanda yaşayan türkiyəli və azərbaycanlı gənclər, iş adamları Türkiyəyə dəstək ifadə ediblər.

 

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib ki, ermənilər yalanlarından əl çəkmirlər. Diplomat Türkiyəyə dəstək göstərən azərbaycanlılara təşəkkür edib.

 

Səfirlik qarşısında erməni terrorçularının qətlə yetirdikləri türk diplomatlarının fotoları sərgilənib.

 

Dəstək aksiyasının iştirakçıları Türkiyə, Azərbaycan və Gürcüstan bayraqları dalğalandırıblar. Aksiya "Erməni yalanlarına son!", "Ermənilərin Qarabağdakı soyqırımlarını unutmadıq!" şüarları ilə keçirilib.

 

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib ki, Azərbaycan və Gürcüstan xalqına qarşı əsil soyqırımı ermənilər törədib.

 

Aksiyalarda təhlükəsizliyin təmin olunmasına çoxlu sayda polis cəlb olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272