Türkiyədə azərbaycanlı bəstəkar vəfat edib

turkiyede azerbaycanli bestekar vefat edib

Türkiyədə yaşayan Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Həsən Adıgözəlzadə aprelin 29-da uzun sürən xəstəlikdən sonra İstanbulda, müalicə olunduğu xəstəxanada vəfat edib.

 

APA-nın məlumatına görə, 1946-cı ildə Bakıda dünyaya gələn Həsən Adıgözəlzadə simfoniya, "Azərbaycan" və "Bursa" kantataları, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün sonatalar, nəfəsli alətlər üçün kvintet və süita, marşlar, mahnılar, romans, teatr tamaşaları üçün musiqilər, xalq çalğı alətlər üçün bir sıra əsərlər bəstələyib.  

 

Azərbaycanın xalq artisti, görkəmli pianoçu Zöhrab Adıgözəlzadənin qardaşı olan Həsən Adıgözəlzadə eyni zamanda Türkiyədəki Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. O, Bursa, İstanbul, Adana və digər şəhərlərdə Azərbaycan diasporu tərəfindən təşkil edilən bir çox tədbirdə fəal iştirak edib. 

 

Qeyd edək ki, mərhumun nəşi Azərbaycana gətirilərək Bakıda dəfn olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272