Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri xaricdəki azərbaycanlılara müraciət edib

diasporla is uzre dovlet komitesinin yeni sedri xaricdeki azerbaycanlilara muraciet edib

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov sosial şəbəkə vasitəsilə dünyada yaşayan azərbaycanlılara müraciət edib. APA-nın məlumatına görə, müraciətdə bildirilir:

 

“Əziz dostlar və xaricdə yaşayan həmvətənlərimiz! Bu yüksək etimada görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mənə ünvanladığınız çoxsaylı təbrik məktubları, mesajları və zənglərə görə hər birinizə minnətdaram. Dünyanın hər bir tərəfindən aldığım təbriklərin sayı sözün yaxşı mənasında məni təəccübləndirdi. Mən əminəm ki, sizin hər birinizin ürəyi doğma vətənə sevgi ilə döyünür. Xaricdə yaşayan həmvətənlərimizlə birlikdə dövlətimizin inkişafı, milli maraqlarımızın müdafiəsi və soydaşlarımızın dəstəklənməsi istiqamətində səmərəli əməkdaşlığa və əməli nəticələrin əldə olunacağına inanıram. Əmin olun ki, sizin heç biriniz diqqətdən kənarda qalmayacaqsınız. Bir daha hər birinizə təşəkkür edirəm”.

 

Qeyd edək ki, F. Muradov aprelin 23-də Azərbaycan Prezidentinin sərəncamı ilə komitəyə sədr təyin olunub.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272