ABŞ və Azərbaycanın vətəndaş cəmiyyətləri arasında əlaqənin gücləndirilməsi üçün yeni platformanın yaradılması təklif olunur

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Ahmet Erentok ABŞ-da Yaşayan Azərbaycanlılar Şəbəkəsinin (USAN) təşkilatçılığı ilə Vaşinqtonda keçirilən «ABŞ-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun rolu» adlı beynəlxalq konfransda iştirak edib.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Azərbaycanın Xəzər hövzəsi nemətlərinin mənbəyi və daşınması üçün tranzit ölkə olaraq həlledici mövqeyi, ABŞ-Azərbaycan strateji əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ABŞ siyasəti, ümumiyyətlə Amerika cəmiyyətinin Azərbaycan diasporuna, Azərbaycana təqdim etdiyi imkanlar və ümumi hədəflərə çatmaq üçün nəzərdə tutulan addımların müzakirəsindən ibarət olub. Tədbirdə ABŞ siyasətçiləri və rəsmi şəxslər, sabiq və hazırkı hökumət nümayəndələri, elm adamları, universitet məzunları, nazirlər və azərbaycanlı diplomatlar iştirak ediblər.
Konfransda çıxış edən A.Erentok qeyd edib ki, Azərbaycanda, Xəzər hövzəsində enerji ehtiyatlarının hasilatı və infrastrukturun qurulması, bu qaynaqların beynəlxalq bazarlara çıxarılması ABŞ-ın Fars körfəzi, Afrika/Latın Amerika neftindən olan qlobal asılılığını azalda biləcək mühüm amillərdəndir: «ABŞ və digər Qərb ölkələri hazırda bu mənbələrin işlənməsi üçün milyardlarla dollar sərf edirlər. Bakı-Tiflis-Ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri qərb investorlarının diqqət mərkəzində olan əhəmiyyətli layihələrdəndir».
Azərbaycanın hazırda enerji mənbələrindən qazandığı maddi gəliri düzgün istifadə etməsinin vacib olduğunu bildirən A.Erentok bildirib ki, yoxsulluğun azaldılması vacib məsələlərdən biridir və 907-ci maddənin ləğvi və qarşılıqlı anlaşma Azərbaycanla ABŞ arasında bu sahədə əməkdaşlıq və islahatlar üçün yeni imkanlar yarada bilər.
Çıxışının sonunda A.Erentok ölkələr arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi üçün Avro-Atlantik geo-iqtisadi məkanında iqtisadi inteqrasiyanın artırılması və tamamlanması üçün ABŞ-Türkiyə-GUAM-Qazaxıstan formatında iqtisadi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi, ticarətin əmtəə strukturunun diversifikasiyası, ticarət əməkdaşlığının yeni və potensial sahələrdə inkişaf etdirilməsi, ABŞ-Azərbaycan vətəndaş cəmiyyətləri arasında əlaqənin gücləndirilməsi üçün elmi mərkəzlər və lobbi təşkilatlarının birləşərək yeni platforma yaradılması təkliflərini irəli sürüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267