Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının yığıncağı keçirilib

Ucar. Zahid Abışov-APA. Bu gün Ucar rayonunun Qazıqumlaq kəndində Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. APA-nın Aran bürosunun xəbərinə görə, iclasda Azərbaycanın 51 rayonunun 212 bələdiyyə sədri iştirak edib. Prezident Aparatının regional və yerli idarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun baş məsləhətçisi Rüfət Əliyevin, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfət Babayevin, Azərbaycan Qəsəbə Bələdiyyələri Assosiasiyasının sədri İlham Xəlilovun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin baş məsləhətçisi Hafiz Məmmədovun da iştirak etdiyi tədbirdə illik hesabat dinlənilib. Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov kənd bələdiyyələrinin fəaliyyətinin qənaətbəxş olduğunu bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
  • goycayda selin dagitdigi avtomobil korpusu berpa edilerek istifadeye verilib
    Göyçayda selin dağıtdığı avtomobil körpüsü bərpa edilərək is...
goycayda selin dagitdigi avtomobil korpusu berpa edilerek istifadeye verilib goycayda selin dagitdigi avtomobil korpusu berpa edilerek istifadeye verilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267