Azərbaycan ucqar kəndlərdə yaşayan təqaüdçülərin pensiyalarının plastik kartla verilməsinə hazırlaşır

Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanda pensiya ödənişlərinin həyata keçirilməsini asanlaşdırmaq üçün yerlərdə əlavə bankomatlar quraşdırılacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat verib.
S.Müslümovun sözlərinə görə, artıq «Kapital Bank» respublikaya 70-dən çox bankomat gətirib. Həmin bankomatlar DSMF-nin təqdim etdiyi siyahı əsasında quraşdırılacaq. Fond sədri bildirib ki, ölkədə pensiya ödənişlərinin avtomatlaşdırılması göstəricisi 88%-dir. Hazırda pensiyalarını plastik kartla almayanlar ümumi pensiyaçıların təqribən 12%-ni təşkil edir ki, onlar da əsasən, ucqar kəndlərdə yaşayır.
S.Müslümov əlavə edib ki, «Kapital Bank»ın yeni bankomatları quraşdırıldıqdan sonra DSMF ucqar kəndlərdə yaşayan pensiyaçıların pensiya ödənişlərinin avtomatlaşdırılması məsələsinə baxacaq: «Elə məsələlər var ki, bizdən deyil, banklardan və rabitədən asılıdır. Hər şey bankomatların kənd və qəsəbələrdə quraşdırılmasının sürətinə bağlıdır».
Qeyd edək ki, hazırda Azərbaycanda 1,26 mln. nəfərə yaxın pensiyaçı var. Pensiyaçılar ölkə əhalisinin 14,5%-ni təşkil edir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267