Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İrana rəsmi səfər edib

Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu gün İran İslam Respublikasına rəsmi səfərə yola düşüb. Dövlət komitəsindən APA-ya daxil olan məlumata görə, səfər çərçivəsində İranda mövcud dini təsisatlarla tanışlıq, iki ölkə arasında tarixi-dini əlaqələrin birgə müzakirəsi və din sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur: “Eyni zamanda, səfər ortaq mənəvi dəyərlərin yad təsirlərdən qorunması, bölgədə dini sabitliyin və dini etiqad azadlığının təmin olunması baxımından da aktuallıq kəsb edir”.
H. Orucov səfər zamanı dövlət və hökumət rəsmiləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının rəhbərləri, mədəniyyət və elm xadimləri, eləcə də ictimaiyyətin nümayəndələri ilə də görüşlər keçirəcək.
Səfər proqramında İran İslam Respublikasının dini və dünyəvi təhsil sistemi ilə tanışlığa geniş yer ayrılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267