Bakıda İslam ölkələri elm və təhsil nazirlərinin konfransı keçirilir

bakida islam olkeleri elm ve tehsil nazirlerinin konfransi kecirilir
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində müsəlman ölkələrinin elm və təhsil nazirlərinin IV konfransı başlayıb.
APA-nın məlumatına görə, Azərbaycan Təhsil Nazirliyi və İslam ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) birgə təşkilatçılığı ilə keçirilən toplantıda çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov üç gün davam edəcək konfransda 41 ölkədən 200-dən çox nümayəndənin iştirak etdiyini deyib. Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə isə prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub. Daha sonra çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri bildirib ki, islam ölkələrin əldə etdiyi nailiyyətlər qısa müddətdə öz töhfəsini verib və bu nailiyyətlərin əsasında biliyin lokallaşdırılması, ali məktəblərdə milli kurrikulumların inkişafı dayanır. İslam ölkələrinin problemlərinin bir-birinə oxşadığını söyləyən Ə. Tuveycri hesab edir ki, ali təhsil sisteminin inkişafı yoxsulluğun azaldılmasına mühüm rol oynaya bilər.

Malayziyanın ali təhsil naziri Məhəmməd Xaliq Əl-Nur isə qeyd edib ki, İslam Konfransı Təşkilatı (İKT) çox mühüm təşəbbüslərin yerinə yetirilməsində müsəlman ölkələrinə kömək edib, “beyin axını”nın qarşısının alınmasına, bio və nano texnologiyaların inkişafına təkan verib: “İslam ölkələrində davamlı inkişafa nail olmaq üçün ali təhsil imkanları genişləndirilməli, qadınların rolu, insan kapitalı daha yüksək qiymətləndirilməlidir. Gəncləri biliyə əsaslanan karyeraya yönəltməliyik”.

İKT baş katibinin müavini Əli Əkbər Sail isə müsəlman ölkələrindən “beyin axını”nın hələ də davam etdiyini təəssüflə vurğulayıb. Onun sözlərinə görə, artıq mentalitet dəyişməli, ali təhsilə baxış nəzərdən keçirilməli, texnologiyalara diqqət artırılmalıdır.

Açılış mərasimindən sonra İSESCO-nun dövlətlərdə ali təhsil potensialının gücləndirilməsi məqsədilə təsis etdiyi mükafatlar təqdim edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267