Bakıda islamofobiya və ksenofobiya problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakı Kəmalə Quliyeva-APA. Noyabrın 4-8-də Bakıda Gənclər və İdman Nazirliyi (GİN) Avropa Şurası, İSESCO, Avropa Gənclər Forumu və “Dialoq və Əməkdaşlıq Uğrunda” İslam Konfransı Gənclər Forumu ilə birgə “Dini fərqlilikdən kənar” devizi altında “İslamofobiya və ksenofobiyanın müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzunda beynəlxalq konfrans keçiriləcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans zamanı iştirakçılar islamofobiya, antisemitizm və dinə əsaslanan digər ayrı-seçkilik formalarına qarşı gənclər tərəfindən istifadə edilən metod və təcrübələri tədqiq edəcək, Avropada və ondan kənarda dini zəmində baş verən ayrı-seçkiliyin ümumi məzmunu və ayrı-ayrı hallarını təhlil edəcək, gənclər təşkilatları və institutları arasında gələcək əməkdaşlığın, birgə layihələrin inkişafının və gənclər şəbəkəsinin dəstəklənməsi yollarını öyrənəcəklər. Konfransın yekunu olaraq Bakı Gənclər Təşəbbüsü (Baku Youth İnitiative) adlı sənədin qəbul edilməsi nəzərdə tutulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272