Beynəlxalq Sərgilər Bürosunda Ekspo-2025-ə Bakının namizədliyi üzrə təqdimat keçirilib

Bu gün Parisdə Beynəlxalq Sərgilər Bürosunun (BSB) Baş Assambleyasının 163-cü sessiyasında təşkilatın üzv dövlətləri qarşısında 2025-ci ildə Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Azərbaycanın təqdimatı dinlənilib.

 

Ekspo 2025 Bakı Əməliyyat katibliyindən APA-ya bildirilib ki, Azərbaycan nümayəndə heyətinə baş nazir Novruz Məmmədov rəhbərlik edib.

 

Təqdimatda əhalinin tam dəstək verdiyi, ölkə gənclərinin isə böyük ruh yüksəkliyi ilə maraq göstərdikləri təşəbbüslə bağlı Bakının doğru zamanda doğru məkan olması vurğulanmaqla, Ekspo 2025 ümumdünya sərgisinə ev sahibliyinə hazır olduğu bildirilib.

 

Qeyd olunub ki, Ekspo 2025 ümumdünya sərgisi üçün Bakının təklif etdiyi layihə əhatəli və ümumbəşəri mahiyyəti daşıyır, inkişaf etməkdə olan ölkələrin iştirakının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir: “Ümumdünya Ekspo sərgisi üçün hazırlanan baş plan Bakı şəhərinin şərq istiqamətində genişlənməsi ilə bağlı nəzərdə tutulan abadlıq işlərinin bir hissəsini təşkil edir. Layihənin inandırıcı mövzusu - “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” -səhiyyə, təhsil və məşğulluğu əhatə etməklə bütün ölkələr, bütün mədəniyyətlər və insanlar üçün maraq kəsb edir”.

 

Bildirilib ki, BSB Baş Assambleyasının növbəti sessiyası 2018-ci ilin noyabr ayında keçiriləcək. Bu sessiyada BSB-yə üzv-dövlətlərin nümayəndələri gizli səsvermə yolu ilə 2025-ci ildə ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri müəyyən edəcək.

 

Azərbaycanın maliyyə naziri, Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupun rəhbəri Samir Şərifov təqdimatla bağlı aşağıdakıları deyib ki, bu təqdimat azərbaycanlıların, xüsusilə gənclərimizin Ekspo 2025 ümumdünya sərgisinə ev sahibliyi etmək arzusunda olmalarının ehtirasını əyani şəkildə çatdırmaq baxımından vacib bir imkandır.

 

 

Qeyd edək ki, Azərbaycan son 18 ildə altı Ekspo sərgisinə qatılmaqla Ekspo hərəkatının fəal üzvüdür. Son üç sərgidə Azərbaycanın milli pavilyonları müxtəlif nominasiyalar üzrə yüksək mükafatlara layiq görülüb.

 

Bakının namizədliyi uğur qazansa, 2025-ci ildə Ümumdünya Ekspo sərgisi 10 may – 10 noyabr tarixlərində, Azərbaycanın yerləşdiyi bölgədə ilk dəfə olaraq keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267