Dövlət Statistika Komitəsi ölkənin bütün regionlarını əhatə edən “Şəxs əleyhinə zorakılığa dair” birdəfəlik seçmə statistik müayinə keçirib

Bakı. Nicat Mustafayev – APA. Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) ilk dəfə olaraq ölkənin bütün regionlarını əhatə edən 18 min ev təsərrüfatında «Şəxs əleyhinə zorakılığa dair» birdəfəlik seçmə statistik müayinə keçirib. DSK-dan APA-ya verilən məlumata görə, müayinədə 6 və yuxarı yaşda olan 46 829 nəfər iştirak edib və onların 49,7%-ni kişilər, 50,3%-ni isə qadınlar təşkil edib.
Sorğuda iştirak edən qadınların 29,8%-ni evdar qadınlar, 17,2%-ni pensiyaçılar, 16,7%-ni tələbə və şagirdlər, 10,4%-ni qulluqçular, kişilərin isə 20,6%-ni fəhlələr, 17,9%-ni tələbə və şagirdlər, 13,4%-ni kəndlilər (fermerlər), 13%-ni qulluqçular, 12,8%-ni pensiyaçılar təşkil edib.
Müayinənin nəticələrinə görə, sorğu olunan 14 və yuxarı yaşda olan respondentlərin 55%-i, o cümlədən şəhər yerlərində 63%-i, kənd yerlərində isə 33%-i cəmiyyətdə zorakılığın mövcud olduğunu bildirib.
Cəmiyyətimizdə zorakılığın mövcud olduğunu bildirən respondentlərin 71,4%-i zorakılığın maddi problemlər, 11,2%-i mənzil problemləri səbəbindən yarandığını qeyd ediblər. Maddi problemlərə üstünlüyü kişilərin 76,4%-i və qadınların 66,2%-i verib. Mənzil problemlərini qeyd edən respondentlərin hamısı şəhər sakinləridir.
Müayinənin nəticələrinə görə, sorğu olunanların 8 548 nəfəri və ya 18,3%-i ömründə bir dəfə də olsa zorakılıqla üzləşib. Kişilər arasında zorakılıqla rastlaşanların sayı cəmi 128 nəfər və ya 0,5% olub, onların təxminən 1/3 hissəsi 18 yaşına qədər olan oğlanlardır. Zorakılığa məruz qalan kişilərin 72%-i söymə, təhqir etmə, şəxsiyyəti alçaltma və ya xoşagəlməz zarafat, məzəmmət kimi hallarla qarşılaşıb.
Qadınlar arasında zorakılıqla rastlaşanların xüsusi çəkisi 35,8%, o cümlədən fiziki zorakılıqla rastlaşanlar 8,1% təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayin ceyirli alpoud yoluna temirine baslanilib
    Göyçayın Cəyirli-Alpoud yoluna təmirinə başlanılıb
  • bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir
    Bakıda bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zə...
bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir bakida bitki ve bitkicilik mehsullarinin ilkin teftisi ve zerervericilerin diaqnostikasi uzre telim kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267