Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ əlilinin şikayətini araşdırıb

emek ve ehalinin sosial mudafiesi nazirliyi qarabag elilinin sikayetini arasdirib

Ucar rayonu Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun bəzi mətbuat orqanlarında yayılan şikayət xarakterli müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Ucar rayonu Qaracallı kənd sakini, ikinci qrup Qarabağ müharibəsi əlilliyi olan Qasımov Şöhrət Mülkədar oğlunun da sosial müdafiəsi üçün zəruri işlər aparılıb.

 

“Hazırda ikinci qrup Qarabağ müharibəsi əlili kimi ayda 191,36 manat əmək pensiyası ilə təmin olunan Ş.Qasımova, eyni zamanda, aylıq prezident təqaüdü olaraq hər ay 158 manat ödənilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi istiqamətində də nazirlik tərəfindən müvafiq işlər aparılır. Onların mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ya ləğv olunması müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir. Nazirliyin sifarişi ilə inşa edilmiş mənzillərin bölgüsü də məhz rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdikləri mənzil növbəliliyi siyahıları əsasında aparılır”, - deyə məlumatda qeyd olunub.

 

Ucar rayon İcra Hakimiyyəti tərəfindən nazirliyə təqdim olunmuş fərdi ev tikintisi üçün növbəlilik siyahısında Ş.Qasımov 29-cu şəxsdir: “Qasımov Şöhrət Mülkədar oğlu üçün növbəlilik əsasında yaşadığı kənddə fərdi ev tikintisi həyata keçiriləcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267