Ermənilər işğal altında olan Azərbaycanın Zəngilan rayonunun qiymətli ağaclarını kəsərək xarici ölkələrə satırlar

Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz»i işğaldan sonrakı dövrlərdə Zəngilan rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bır sıra fakt aşkarlayıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu rayon böyük ekoloji terrora məruz qalıb. Belə ki, Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq (2,1 min kubmetr/gün) təmizlənmədən Araz çayının sol qolu olan Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistandakı Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları zərərsizləşdirilmədən birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «ölü zonaya» çevirib. Nəticədə, çay suyunda əzəldən formalaşmış mikroflora və fauna məhv olub, çayın öz-özünü təmizləmə prosesi dayanıb. Bundan əlavə, ermənilər Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və s. qiymətli ağaclarını tamamilə qıraraq daşıyıblar.
İşğal dövründə ermənilər dəfələrlə Bartaz və Vecnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər. Rayonun Meşə Təsərrüfatı İdarəsinin inzibati binası yandırılıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar, şam ağacları tamamilə qırılıb. Daş-başı və Leşkar meşələrində də ermənilər yanğın törədib, bu meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları ermənilər tərəfindən qırılıb daşınıb.
«Hazırda ermənilər tikinti və mebel sənayesinə yararlı çox qiymətli ağacları kütləvi şəkildə kəsərək Ermənistana aparır və xarici ölkələrə satırlar. İşğal altında olan ərazilərdə narkotik vasitələr becərilir, davamlı olaraq yanğınlar törədilir», - deyə nazirlikdən bildirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272