Fevral ayında Azərbaycan ərazisində hava soyuq keçəcək

Bakı. İlhamə İsabalayeva – APA. Fevral ayında Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit, nisbətən soyuq keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yağıntılar daha çox birinci və üçüncü ongünlükdə müşahidə olunacaq. Ayın əvvəlində temperaturun çoxillik normadan bir qədər aşağı olacağı proqnozlaşdırılır.

Fevral ayı ərzində Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 3-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın temperaturu 1-3 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 6-11 dərəcə isti, ayın əvvəllərində 2-5 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından (norma 21-24 mm) çox olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr havanın temperaturu 8-13, bəzi günlərdə 18-23 dərəcə şaxta olacaq. Gündüzlər 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-8 dərəcə isti qeydə alınacaq. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ-Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturu 2-4 dərəcə şaxta gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 3-8, ayrı-ayrı günlərdə 10-15 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-8 dərəcə şaxta olacaq. Yağıntının aylıq yağıntının miqdarının iqlim normasına (norma 25-35 mm) yaxın olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə, Tərtər, Ağdam-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturu 0-3 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayrı-ayrı günlərdə 5-8 dərəcə şaxta olacaq. Gündüzlər 3-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasından çox (norma 15-36 mm) olacaq.

Balakən-Şəki-Zaqatala-Qəbələ, Şamaxı-İsmayıllı, Xızı, Siyəzən-Dəvəçi, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturu 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 2-5 dərəcə şaxta, ayrı-ayrı günlərdə 12-17 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-7 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasından (norma 24-55 mm) çox olacaq.

Mərkəzi Aran rayonlarında - Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Şirvan, Salyan, Neftçalada havanın orta aylıq temperaturu 2-4 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-11 dərəcə isti, ayrı-ayrı günlərdə 2-5 dərəcə isti proqnozlaşdırılır. Yağıntının aylıq miqdarının iqlim normasından çox (norma 21-35 mm) olacaq.

Masallı-Lənkəran-Astara-Lerik-Yardımlıda havanın orta ayrıq temperaturu 3-4 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 1-3 dərəcə isti, ayrı-ayrı günlərdə 6-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 5-7 dərəcə isti, ayrı-ayrı günlərdə 1-3 dərəcə isti gözlənilir. Yağıntının aylıq miqdarının iqlim normasından (norma 44-105 mm) bir qədər çox olacağı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin 100 illiyi ile bagli herbi mahnilardan ibaret konsert kecirilib
    Silahlı Qüvvələrin 100 illiyi ilə bağlı hərbi mahnılardan ib...
  • bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib
    Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azər...
bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib bayram tedbirlerinde istirak edecek turkiye teyyareleri azerbaycana gelib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267