Lənkəranda Çay bayramı keçirilib - FOTO

Lənkəran. Ağəddin Babayev – APA. Dünən Lənkəranda Şəhər İcra Hakimiyyəti və Azərbaycan Çay Assosiasiyasının birgə təşkilatçılığı ilə Çay bayramı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə keçirilən tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Azərbaycan Çay Assosiasiyasının prezidenti Fərman Quliyev də iştirak edib. Tədbirdə Lənkərandakı çay emalı müəssisələrinin məhsullarının sərgisi, çay süfrələri açılıb, “Ən yaxşı çayçı” müsabiqəsinin qalibinin müəyyənləşdirilib.
Daha sonra aşpaz Şahhüseyn Kərimovun bişirdiyi 107 kiloqramlıq nəhəng Ərzuman küftəsi nümayiş etdirilib. Hazırlanmasına 5 qoyun, 10 toyuq, 8 kiloqram düyü, 30 kiloqram kartof, 20 kiloqram şabalıd, 6 kiloqram noxud, 4 kiloqram alça turşusu, 2 kiloqram duz və 0,5 kiloqram nanə sərf olunan 800 nəfərlik bu unikal yemək bayram iştirakçılarına paylanılıb.
Sonda tədbirin təşkilində xüsusi fəallıq göstərən çay şirkətlərinə və ayrı-ayrı şəxslərə Lənkəran şəhər İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
  • aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib
    Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb...
aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib aykut kocaman fenerbagca bas mesqciliyinden uzaqlasdirilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272