Milli Məclis “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini geri qaytarıb

Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bu gün keçirilən iclasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. APA-nın xəbərinə görə, millət vəkillərin layihə ilə bağlı fikirlərini bildiriblər. Müzakirələrdə çıxış edən səhiyyə nazirinin müavini Sənan Kərimov bu qanunun qəbul olunmasının vacibliyini vurğulayıb. Nazir müavini qeyd edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi Azərbaycanda ana və uşaq ölümümün qarşısının almağa kömək edə bilər.
Deputatların bir qismi qanunun qəbul olunmasının tərəfdarı, digər qismi isə əleyhdarı kimi çıxış ediblər. Spiker Oqtay Əsədov isə təəssüflə bildirib ki, layihə Milli Məclisin müzakirəsinə çıxarılmazdan əvvəl ictimaiyyətin bununla bağlı mövqeyi öyrənilməyib. O. Əsədov layihənin daha mükəmməl hazırlanması, sənədə parlamentin digər komissiyalarında baxılmasının vacibliyini qeyd edib. MM sədri qanun layihəsinin Milli Məclisin yaz sessiyasında yenidən müzakirəyə çıxarılacağını bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • amerikali tarixci frederik starin kitabinin azerbaycan diline tercumesinin teqdimati kecirilib
    Amerikalı tarixçi Frederik Starın kitabının Azərbaycan dilin...
  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
agdam musiqi kollecinin direktoru yol qezasina dusub agdam musiqi kollecinin direktoru yol qezasina dusub +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267