Oktyabrın 8-dən Azərbaycan ərazisində havanın temperaturu yenidən düşməyə başlayacaq

oktyabrin 8 den azerbaycan erazisinde havanin temperaturu yeniden dusmeye baslayacaq
Bakı. İlhamə İsabalayeva - APA. Sabah respublika ərazisində havanın temperaturunun nisbətən yüksələcəyi gözlənilsə də, sonrakı günlərdə temperaturda yenidən azalma müşahidə olunacaq.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, oktyabrın 7-də respublikanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 23-27, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq. Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq.

Oktyabrın 8-i axşam bəzi dağlıq və dağətəyi rayonlarda, 9-da isə əksər rayonlarda yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Həmin gün qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 13-18, gündüz 20-25 dərəcə isti qeydə alınacaq. Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq, ancaq axşam buludluluğun artacağı, yarımadanın bəzi ərazilərində yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Oktyabrın 9-da da buludlu hava üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-17, gündüz 20-23 dərəcə isti olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273