Ötən ay Azərbaycanın 1 695 875 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bakı. Rəşad Süleymanov – APA. Cari ilin sentyabr ayı ərzində Azərbaycanın 1 695 875 kv/m ərazisi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, təmizləmə əməliyyatları nəticəsində 15 101 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 339 nəfər, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək ümumilikdə 75 109 944 kv/m ərazi təmizlənib və 343 932 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd, Ağstafa rayonlarında və Bakı şəhəri Qaradağ rayonunda aparılır. Sentyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Qeyd edək ki, 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə 101 hadisədə 57 nəfər həlak olub, 137 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273