“Təhsil haqqında” qanun layihəsinin müzakirəsi Milli Məclisin növbəti iclasında davam etdiriləcək

Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin bu gün günün ikinci yarısında keçirilən iclasında “Təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi aparılıb. APA-nın xəbərinə görə, parlamentin Elm və təhsil məsələləri Daimi Komissiyasının sədri Şəmsəddin Hacıyev qanun layihəsini Milli Məclisə təqdim edib. Komissiya sədri sənədin üzərində ciddi iş aparıldığını deyib. İclasda çıxış edən təhsil naziri Misir Mərdanov layihəni dəstəklədiyini deyib. Nazir bildirib ki, bu, çərçivə qanunudur, layihə qəbul olunduqdan sonra ölkədə təhsillə bağlı bir sıra başqa qanunların da qəbul edilməsi nəzərdə tutulub.
Müzakirələrdə çıxış edən millət vəkilləri qanunda ifadə səhvlərinin mövcudluğunu, terminlərin dəqiqləşməsinə ehtiyac olduğunu qeyd ediblər. Layihənin müzakirəsi Milli Məclisin dekabrın 30-da keçiriləcək iclasında davam etdiriləcək.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının bu günlərdə keçirilən iclasında “Təhsil haqqında” qanun layihəsi müzakirə edilərək parlamentə tövsiyə olunub.

Xatırladaq ki, “Təhsil haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agdam musiqi kollecinin direktoru yol qezasina dusub
    Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
  • nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir
    Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"...
nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir nazir tehsile qoyulan investisiya en yaxsi investisiyadir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267