“Transparency İnternational” təşkilatının Azərbaycandakı Milli Bölməsi ölkənin Korrupsiyanı Qavrama İndeksi üzrə aşağı reytinq almasını düzgün hesab etmir

Bakı-APA. “Transparency İnternational” təşkilatının Azərbaycandakı Milli Bölməsi Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi üzrə son iki ildə aldığı reytinqin aşağı olmasından narahatlıq keçirir”. APA-nın məlumatına görə, bu fikirlər “Transparency İnternational” təşkilatının Azərbaycandakı Milli Bölməsinin yaydığı press-relizdə öz əksini tapıb. Təşkilat Azərbaycanın bu indeks üzrə 2007-ci ildə 2,1, bu il isə 1,9 bal aldığını xatırladıb: “Ölkə 2003-cü ildə olan 1,8 ballıq reytinqini artırmaq üçün uğurlu addımlar atıb və 2004-cü ildə bu göstərici öz pik nöqtəsinə - 2,4 bala çatıb. Bu sabit artım tempinə ilk növbədə hökumət və vətəndaş cəmiyyətlərinin gördüyü bir sıra tədbirlər nəticəsində nail olunub”.

Sənəddə bildirilir ki, hökumət korrupsiyaya qarşı mübarizə sahəsində 2007-2010 illəri əhatə edən milli strategiya həyata keçirir. “Bu strategiyanın icrasına daha çox vətəndaş cəmiyyətlərinin və beynəlxalq təşkilatların cəlb olunması görülən işi 2004-2006-cı illərdə korrupsiyaya qarşı mübarizəyə dair Dövlət Proqramına nəzərən daha effektli edib. Korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər göz qabağındadır: bu sahədə bir sıra mühüm qanunlar qəbul olunub, Azərbaycanda Korrupsiyaya qarşı mübarizəyə dair dövlət komissiyası, Azərbaycan Respublikası baş prokuroru yanında korrupsiyaya qarşı mübarizə idarəsi, bu problemin həlli ilə məşğul olan vətəndaş cəmiyyətlərinin şəbəkəsi fəaliyyət göstərir.

Press-relizdə qeyd olunur ki, Azərbaycan “Transparency İnternational”ın fəaliyyət göstərdiyi 90 ölkə arasında yeganə dövlətdir ki, burada korrupsiyanın qurbanı olan vətəndaşlara hüquqi yardım göstərən 5 ictimai mərkəz fəaliyyət göstərir. 2005-ci ilin iyulundan başlayaraq bu mərkəzlərə 15 mindən artıq şəxs müraciət edib, onlardan 2000 nəfəri müxtəlif problemlərlə bağlı yazılı şikayət edib ki, bu şikayətlərin 80 faizi mərkəzlərlə əməkdaşlıq edən dövlət qurumları tərəfindən həll olunub.

“Transparency İnternational” təşkilatının Azərbaycandakı Milli Bölməsi Dünya Bankının hesabatına əsasən Azərbaycanın 2007/2008-ci illərdə dünyada ən çox islahatlar həyata keçirən ölkə olduğunu, tənzimləyici islahatlar üzrə 10 göstəricidən 7-də normallaşma halının qeydə alındığını xatırladıb: “Azərbaycan hökumətinin və vətəndaş cəmiyyətinin konkret cəhdləri EİTİ, GRECO, Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən müsbət qiymətləndirilib. Lakin bu münasibət geniş biznes cəmiyyətində hələ rezonans doğurmayıb, adətən bu cür reaksiyalar gecikir. Bununla əlaqədar “Transparency İnternational” təşkilatının Azərbaycandakı Milli Bölməsi təəssüf edir ki, mövcud olan metodologiya qeydə alınan müsbət dəyişikliklərin İndeksdə öz əksini tapmasına imkan vermir və Azərbaycanın layiq olduğu yüksək yerlərdə təmsil olunmasına şərait yaratmır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
  • turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  ba...
turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib turkiyede novbedenkenar prezident ve parlament seckileri baslayib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267