Xəzərin Azərbaycan sektorunu ən çox çirkləndirən mənbələr açıqlanıb

Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bu ilin yanvar-sentyabr ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda və 955,08 km-lik sahil zolağında (şimaldan cənubadək), çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və s. 1 027 monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı 1 537 su və qrunt nümunələri üzərində 15 212 kimyəvi, bioloji, ekotoksikoloji, mikrobioloji təhlillər aparılıb. Monitorinqlər zamanı Xəzər dənizi ilə əlaqəsi olan 316 axar qeydə alınıb ki, onlardan 287-si sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir.
Monitorinqlər nəticəsində məlum olub ki, qaynar nöqtə kimi qeydə alınmış Hövsan və 32 saylı kanallar vasitəsi ilə çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Bakı ərazisindən Xəzər dənizinə axıdılmaqdadır. Ekoloji tarazlığın ən çox pozulma halları «Neft Daşları» rayonunda, «Bibiheybətneft», «Abşeronneft», «28 May», «Qum adası» Neft-Qaz Çıxarma İdarələrinin istehsalat dairələrində qeydə alınıb.
Bakı Buxtası və Cilov adası ərazilərində batmış və yarımbatmış gəmilərin, istifadəsiz estakadaların, yanalma körpülərinin və atılıb qalmış dəmir-beton konstruksiyalarının dənizdən çıxarılma işləri də davam etdirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273