Zaqatalada Osmanlı imperatoru II Sultan Səlimin adı ilə bağlı gümüş sikkə tapılıb

Zaqatala. Vüqar Heydərov –APA. Zaqatalada Osmanlı imperatoru II Sultan Səlimin adı ilə bağlı gümüş sikkə tapılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib. Məlumata görə, sikkənin üzərindəki ərəb yazılarını oxuyan mütəxəssislər bunun, Osmanlı imperatoru II Sultan Səlimin (1566-1574) hakimiyyəti illərində həkk olunduğu barədə yekdil fikirdə olduqlarını söyləyiblər. Sikkənin aversində ərəb dilində “Sultan Süleyman oğlu Sultan Səlim zəfəri uca olsun. Novabərdədə 974-cü ildə zərb olunmuşdur” sözləri yazılıb. Sikkənin reversində isə yenə də imperator II Sultan Səlimə aid olan “Sikkəni zərb edən dənizdə və quruda Tanrının yardımına arxalanan izzət sahibi” sözləri həkk edilib.
C. Soltanov həmçinin tapılmış sikkənin xalis gümüş olduğunu, onun çəkisinin 4,6 qram, diametrinin isə 20 mm təşkil etdiyini bildirib. Muzey direktoru tapıntının Osmanlı imperatorluğunun müasir Serbiya ərazisində olan sikkəxanalarından birində, hicri tarixi ilə 974-cü ildə (miladi təqvimlə 1567-ci il) zərb olunduğunu diqqətə çatdırıb. C. Soltanovun sözlərinə görə, Zaqatala muzeyində saxlanılan bu sikkə on birinci Osmanlı imperatoru olan, II Sultan Səlimin hakimiyyətinin birinci ilində hazırlanıb. O deyib ki, Sultan II Səlimin hakimiyyəti illərində zərb olunan bu sikkə tədavüldə daha dəyərli və etibarı daha yüksək olduğundan sürətlə yayılıb və Azərbaycan torpaqlarında da tədavül vasitəsi kimi istifadə edilib: “Sikkənin Azərbaycanın şimal-qərb torpaqlarına, yəni Zaqatala bölgəsinə qədər gəlib çıxması, bu bölgənin Osmanlı imperiyası ilə tarixi əlaqələrinin olmasından xəbər verən bir amildir.
C. Soltanov Zaqatala muzeyində çoxlu sayda anonim mənşəli eksponatların olduğunu bildirib və qeyd edib ki, muzeydə bu anonim eksponatları araşdırmaq üçün tarixçilərdən, filoloqlardan, ərəb dili mütəxəssislərdən ibarət qrup fəaliyyət göstərir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272